ÜST koronavirusa qarşı peyvəndlənmənin üçüncü dozasına moratorium tətbiq etməyə çağırır

Xəbər - Orxan Nəbiyev – Trend:

Dünya ictimaiyyəti koronavirusa qarşı peyvəndlənmənin üçüncü dozasına moratorium tətbiq etməlidir.

AzerTimes-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus deyib.

O bildirib ki, bu, vaksinlərin dünyada qeyri-bərabər paylanmasının qarşısını almaq üçün lazımdır: “ÜST vaksinlərin dünya ölkələri üzrə paylanmasına nəzarət edir və bunu davam etdirəcək. Təşkilat dəfələrlə zəngin ölkələri azgəlirli ölkələrlə peyvəndləri paylaşmağa çağırıb. Amma vaksinlərə çıxış imkanlarında qeyri-bərabərlik qalmaqdadır”.


ÜST rəhbəri əlavə edib ki, bu günədək dünyada 4 milyard vaksin olunub və bunun 80 faizi yüksək və ortagəlirli ölkələrin payına düşüb.