Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə əlaqədar olaraq qlobal səhiyyədə fövqəladə vəziyyətini üç ay uzadıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Cenevrədə iclas zamanı ÜST-in Fövqəladə Komitəsi vəziyyəti ətraflı təhlil edərək bildirib.
Məlumatda qeyd edilib: “ÜST-in Baş direktoru qərar verib ki, COVID-19 pandemiyasının ictimai səhiyyə sahəsində fövqəladə hal olmağa davam edir”. Bildirilib ki, o komitənin tovsiyəsi ilə razılaşıb.
ÜST Fövqəladə Komitəsinin növbəti iclası təşkilatın baş direktorunun qərarı ilə “üç ay və ya daha əvvəl” çağırılacaq.