Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 425 mindən çox artıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 425 675 nəfər yeni koronavirusa yoluxub, 9 561 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 115 289 961, ölənlərin isə 2 564 560 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 28 468 736 nəfər. Siyahıda daha sonra Hindistan (11 173 761), Braziliya (10 718 630), Rusiya (4 301 159), Böyük Britaniya (4 201 362), Fransa (3 768 799), İspaniya (3 142 358), İtaliya (2 999 119), Türkiyə (2 746 158), Almaniya (2 482 522), Kolumbiya (2 262 646) və Argentina (2 130 087) gəlir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.