Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 326 mindən çox artıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 326 531 nəfər yeni koronavirusa yoluxub, 8 384 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 111 762 965, ölənlərin isə 2 479 678 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 27 883 560 nəfər. Siyahıda daha sonra Hindistan (11 030 176), Braziliya (10 195 160), Rusiya (4 200 902), Böyük Britaniya (4 134 643), Fransa (3 566 830), İspaniya (3 161 432), İtaliya (2 832 162), Türkiyə (2 655 633), Almaniya (2 402 818), Kolumbiya (2 229 663) və Argentina (2 077 228) gəlir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.