Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVID-19 səbəbindən ölüm hallarının artdığını bildirdi.
AzerTimes-ın məlumatına görə, bu barədə təşkilatın həftəlik epidemioloji bülletenində məlumat verilib.
Bildirilib ki, son bir həftə ərzində dünyada koronavirusdan ölənlərin sayı 11 faiz artıb – 71 mindən çox insan ölüb.
Eyni zamanda, təşkilat altıncı həftə dalbadal yoluxan insanların sayında artım olduğunu qeyd edir. Son yeddi gün ərzində dörd milyondan çox yeni COVID-19-a yoluxma faktı aşkar edilib.