Qəzzada həkimlər xəstələri və yaralıları narkozsuz əməliyyat etməyə məcbur qalır, morqlar doludur, anklavdakı vəziyyəti təsvir etmək mümkün deyil.
AzerTimes xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.
“Qəzzada 21 mindən çox insan yaralanıb, 1 milyon 400 mindən çox insan isə didərgin düşüb. Qəzzadakı vəziyyəti sözlə ifadə edilə bilməz”, – deyə o bildirib.