COVİD-19 hələ mövsümi xəstəlik sayıla bilməz. Çünki, o, hələ pandemiya mərhələsindədir.
AzerTimes xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç deyib.
O bildirib ki, insanların COVİD-19-un yüngül bir xəstəliyə çevrildiyini düşünməsi yanlış fikirdir:
“Pandemiyanın kəskin yüksəliş mərhələsində olmasaq da, virus hələ də çoxlu sayda yoluxmaya səbəb olur. Pandemiyanın təhlükəsini unutmaq olmaz. Buna görə də, ehtiyatlı olmaq lazımdır. Əks halda xəstələrin və ola bilsin ki, ölümlərin sayı arta bilər”, – Vuynoviç vurğulayıb.