Xəbər - Orxan Nəbiyev – Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 infeksiyasının müalicəsi ilə bağlı kliniki təlimatları yeniləyib.
AzerTimes-ın məlumatına görə, bunu ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris deyib.
O bildirib ki, yeni təlimatda əsas diqqət xəstəliyin xroniki təsirinə verilib:
“İnfeksiyadan sağalmanın normal müddəti iki həftə olsa da, bəzi xəstələrdə bu, daha ciddi formada – səkkiz həftəyədək davam edə bilər. Bəzilərində isə bu simptomlar daha uzun çəkə bilər. Xəstələr yorğunluq, müntəzəm öskürək, fiziki dözümsüzlük, eləcə də nevroloji və ürək simptomlarından əziyyət çəkirlər”.