Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu günədək Ukraynaya 185 ton
tibbi təyinatlı yük göndərib.
Trend-in
məlumatına görə, bunu ÜST-ün Avropa regional bürosunun rəhbəri Hans
Klüge deyib.
O bildirib ki, ümumilikdə hərbi əməliyyatlardan zərər çəkən 500
minə yaxın sakinə tibbi yardım üçün ləvazimatlar təqdim olunub.
Daha 125 ton tibbi yardımın isə yaxın günlərdə döyüş bölgələrinə
çatdırılacağı bildirilib.