Avropada məhdudiyyətlərin aradan qaldırılmasından sonra
COVID-19-a yoluxma hallarında artım müşahidə olunur.
Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)
Avropa üzrə regional direktoru Hans Kluge bildirib.
Onun sözlərinə görə, yoluxmaların sayında artım Avropanın 53
ölkəsindən 18-də qeydə alınıb.
“Bəzi Avropa ölkələri, o cümlədən Almaniya, Fransa, İtaliya və
Böyük Britaniya COVID-19-a qarşı mübarizə çərçivəsində
məhdudiyyətləri çox kəskin şəkildə aradan qaldırdılar və indi
yoluxma sayında artım müşahidə olunur”, – H.Kluge qeyd edib.