Bakıda keçirilən COP29-un açılış sessiyası çox yaxşı keçdi.
AzerTimes xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu konfrasda səhiyyə sahəsinə daha çox diqqət yetirilir, çünki iqlim böhranı həm də səhiyyə böhranıdır.
ÜST rəhbəri vurğulayıb ki, təhlillər pandemiyanın baş verməsinin insanlardan asılı olduğunu göstərir:
“Əgər biz hazırlaşsaq, qarşısını almaq üçün hər şeyi etsək, bu baş verməyəcək. Əlimizdə olanlarla bunun qarşısını ala bilərik”.