ÜST Azərbaycanda köməkçi texnologiyalar sektorunun gücləndirilməsinə dəstək göstərəcək

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda köməkçi texnologiyalar sektorunun gücləndirilməsinə dəstək göstərəcək.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AzerTimes-a verilən məlumata görə, hesablamalarına əsasən, bu gün dünyada 1 milyard insanın məhsuldar, inklüziv və ləyaqətli həyat yaşaması üçün KT-yə ehtiyacı var, ancaq qlobal olaraq hər 10 nəfərdən yalnız 1-nin ehtiyac duyduğu KT-dən istifadə etmək imkanı var. KT-yə əlçatanlıq bir çox insanın öz funksionallığını, sağlamlığını və rifahını qorumaq və yaxşılaşdırmaq, təhsil, iş və sosial fəaliyyətlərdə iştirak etməsi üçün zəruridir. Adətən KT-yə ehtiyacı olan insanlar yaşlılar, əlilliyi olan şəxslər, münaqişələr nəticəsində yaralananlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərdir.

İlk mərhələdə ÜST-nin r-ATA (“Rapid-Assistive Technologies Assessment”, “Sürətli Köməkçi Texnologiyaların Qiymətləndirilməsi”) metodologiyasından istifadə edərək yerli KT ehtiyaclarının müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bu qiymətləndirmənin nəticələri Azərbaycanda KT sahəsində ödənilməyən ehtiyaclar və bu yolda olan əngəlləri müəyyənləşdirməyə kömək edəcək. Araşdırmanın əsas elementlərindən biri ÜST-nin “Qlobal KT İstifadə Proqramı” (GATE Təşəbbüsü) çərçivəsində ölkə üçün prioritet köməkçi vasitələrin siyahısının hazırlanmasında Azərbaycana texniki dəstək vermək, nazirliyin gələcək siyasətinin sübuta yetirilmiş ehtiyaclar və prioritetlər üzərində qurulmasına dəstək göstərməkdir. Araşdırmanın nəticələri üzərində qurulan siyasət ilə uzunmüddətli perspektivdə ölkənin ÜST-nin Universal Tibbi Təminat proqramının hədəflərinə çatmasına və BMT-nin Əlilliyi olan Şəxslər üçün Hüquqlar Konvensiyasının öhdəliklərini yerinə yetirməsinə nail olmağa yardım göstərəcək.

Teqlər: