Sudanda davam edən silahlı qarşıdurmalar səbəbindən 1,6 milyondan çox insan evlərini tərk edib.
AzerTimes xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adhanom Qebreyesus deyib.
O bildirib ki, ÜST sudanlı qaçqınlara yardım etmək üçün qonşu ölkələrin səhiyyə qurumları ilə əməkdaşlıq edir:
“Sudandakı atışmalarda səhiyyə mərkəzilərinə 46 hücumun olduğu təsdiqlənib. Bu hücumlar 8 nəfərin ölümü və 18-nin də yaralanması ilə nəticələnib. Qəbuledilməz vəziyyətdir”.