Üsküdə tarixi əsərlər məhv edilir

Üsküdə tarixi əsərlər məhv edilir

Şərqi Azərbaycan əyalətinin Üskü şəhərinin 3 kilometrliyində yerləşən İsfəncan kəndində tarixi əsərlər məhv edilir.

AzerTimes xəbər verir ki, bu barədə yerli mədəni fəallar məlumat və fotolar paylaşıblar.

Bildirilir ki, tarixi qəbiristanlıqda daşdan yonulan qoç və şir heykəllərinin bir çoxu oğurlanıb, qalan heykəllər isə tarixi əsər qaçaqmalçıları tərəfindən sındırılıb.

Bununla yanaşı, burada olan daş kitabələr və tarixi başdaşları Mədəni İrs Təşkilatının laqeyd münasibəti nəticəsində məhv olmaq üzrədir.

Daş kitabələrin üzərindəki yazıların məzmunu göstərir ki, 13-cü əsrdən başlayaraq bu qəbiristanlıqda sufizm və mistisizmin bəzi təriqət başçıları dəfn edilib.

Məhəmməd Cəlaləddin adlı təriqət başçısına aid olan ən hündür məzar daşı qəbiristanlığın cənub-qərbində quraşdırılmış türbədə yerləşir.

Mədəni fəallar məsələ ilə bağlı Mədəni İrs Təşkilatı və başqa əlaqədar qurumlara müraciətlərinin cavabsız qaldığını yazıblar.

Teqlər: