Xəbər - Samir Əli – Trend:
Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərin xaricə getməsi üçün valideynlər mobil notariat vasitəsilə icazə verə bilər.
AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən onlayn brifinqdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Zaur Həsənov deyib.
O bildirib ki, artıq istənilən valideyn yetkinlik yaşına çatmayanların xaricə getməsinə elektron icazə verə bilərlər: “Bu proses mobil notariat tətbiqində istifadəyə verilib. Vətəndaş günün istənilən vaxtında mobil tətbiq vasitəsilə olduğu yerdən azyaşlıların ölkədən getməsinə razılıq əldə etmək üçün ərizəni rəsmiləşdirə bilər”.