Uşaqların tez-tez xəstələnməsi və müalicəsi

Tez-tez xəstələnmələrin səbəbi

Hamiləliyin patologiyası və ağır doğuş, mənzildə qeyri-düzgün, yəni qeyri-sağlam mikroiqlimin olması, havanın temperaturuna uyğun olmayan həddindən artıq isti geyim, balanslaşdırılmamaış qidalanma, müntəzəm gəzintinin olmaması, allergik reaksiyalar, orqanizmdə infeksiyanın mövcudluğu, valideynlərin zərərli vərdişləri uşaq sağlamlığına birbaşa zərbə vurur.

Bu səbəblər olduğu zaman uşağın immun sistemi zəifləyir və uşaq daha tez-tez angina, bronxit, soyuqdəymə və digər xəstəliklərlə mübarizə aparmalı olur.

Uşaqlarda immun sisteminin formalaşması düzğün həyat şəraitindən asılıdır!

Uşaq otağı gün ərzində bir necə dəfə, əsasən də yatmazdan əvvəl mütləq havalandırılmalı, sərin və normal rütubətli olmalıdır. Uşaq uzun müddət acıq havada olmalı, gün ərzində qış aylarında 1-2 saat, yay aylarında isə 4-5 saat gəzintidə olmalıdır. Uşağın geyimi havanın temperaturuna görə tənzimlənməlidir. Uşaq otağında toz yığınının olmaması üçün az əşyalar qoyulmalı, nəm dəsmalla otaq müntəzəm silinməlidir. Qida rasionu balanslaşdırılmış olmalı, gündəlik uşağın hər kq-na görə təxminən 80 ml-ə qədər sadə su, meyvə şirələri, kompot verilməlidir. Sağlamlıq və düzgün fiziki inkişaf üçün idman etdirilməlidir.

Əgər uşaq tez-tez xəstələnirsə, nə edək?

Uşaqda olan xroniki xəstəliklər müalicə olunmalıdır, xüsusilə burun-boğaz orqanlarının xəstəlikləri: xroniki tonzillit, sinusit, adenoidlər və s. Unutmaq olmaz ki, burun və boğaz orqanizmin giriş qapılarıdır, oksigen və qida ilə yanaşı bu qapılardan infeksiya da orqanizmə daxil olur. Tez-tez xəstələnən uşaqların valideynləri mütəmadi olaraq həkimlə (pediatr, immunoloq) ünsiyyətdə olmalıdırlar. Xəstələnmə hallarını azaltmaq və xəstəliklərin şiddətini zəiflətmək üçün həkimlərin tövsiyyə etdikləri profilaktik tədbirlərdən yaralanmalıdırlar. İmmun sisteminin zəifləməsinin səbəbini aydınlaşdırmaq üçün həkim müəyyən analizləri təyin edə bilər. Analizlərin nəticələrinə əsasən həkim sizin uşağınıza müxtəlif istiqamətdə təyinatlar verə bilər, bura dərman vasitələri, vitaminlər, biogen stimulyatorlar, müxtəlif defisitləri aradan qaldırmaq üçün qidaya əlavələr, fizioterapevtik prosedurlar və s. daxildir. Mütəmadi olaraq həkim müşahidəsi və nəzarətində olan həmçinin, həkim tövsiyyələrinə, təyinatlarına düzgün riayət olunan uşaqlarda tez-tez xəstələnmə halları aradan qalxmış olur.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:

+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.

Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:

aptekonline.az/qr

-aptekonline.az

-onlineaptek.az

Çatdırılma Pulsuzdur!

Teqlər: