İspaniyanın Qranada şəhərində 8-9 yaş arası komandalar arasında keçirilən futbol matçı zamanı faciəvi hadisə olub.
AzerTimes Qol.az-a istinadən xəbər verir ki, görüş zamanı naməlum bir şəxs tribunalara atəş açıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Polis qaçmağa müvəffəq olan cinayətkarın axtarışlarını davam etdirir.