Uşaqların diləndirilməsi cəmiyyətimizi təhdid edən məsələdir – Bahar Muradova

Xəbər - Humay Ağacanova – Trend:

Küçədə uşaqların diləndirilməsi cəmiyyətimizi, gələcəyimizi təhdid edən bir məsələdir.

AzerTimes-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O qeyd edib ki, böyük insanların əlində azyaşlı uşaqlar qazanc vasitəsi kimi istifadə olunur.

“Onlar hətta öz ata-anaları tərəfindən bu işə cəlb edilirlər. Əlbəttə buna qarşı hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər aparılmalıdır. Uşağın hər hansı bir şəkildə əməyinin, özünün istismarı qəbuledilməzdir. Bu konvesiyalara da, bizim milli qanunvericiliyimiz və mənəviyyat qanunlarımıza da ziddir. Hüquq-mühafizə orqanları ilə birgə həmin uşaqların, onların ailələrinin, yaxın adamlarının tapılması prosesinə qoşuluruq. Əgər bunlar yoxdursa, uşaqların dövlət müəssisələrinə yerləşdirilməsi məsələsi ilə məşğul oluruq. Onların təhsil, psixoloji-reabilitasiya işini təşkil edirik. Təəssüf ki, elə hallar olur ki, bütün bu proseslərə cəlb edilən uşaq 1 həftə 10 gündən sonra qaçır və yenidən küçəni seçir”,- deyə o bildirib.

Teqlər: