Uşaqlarda yaddaş artırmaq adı ilə dərmanlardan istifadə etmək düzgün deyil – Erkin Rəhimov

Xəbər - Samir Əli – Trend:

Uşaqlarda yaddaş artırmaq üçün valideynlərin hər hansısa dərmandan istifadə etməsi düzgün deyil.

AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

O bildirib ki, tibdə bu günə qədər uşaq yaddaşını artıracaq hər hansısa bir dərman sübuta yetirilməyib: “Bu cür dərmanlardan istifadə etmək düzgün deyil və nəticəsizdir. Uşağın yaddaşını artırmaq üçün ilk növbədə onun psixoloji durumunu tənzimləmək lazımdır. Daha sonra isə valideyn uşaqla daha çox məşğul olmalı, yaddaş artırmaq üçün ona çoxlu şeir əzbərlətməlidir. Valideyn uşağı qorxu və stresdən uzaq tutmalıdır”.

Twitter: @GuleliyevSamir

Teqlər: