Uşaqlarda xərçəng xəstəliklərinin yaranma səbəbi nələrdir?

Xəbər - Humay Ağacanova – Trend:

Valideynlərin qeyri-sağlam həyat tərzi, onların hormonal
preparatlar qəbul etməsi, düzgün olmayan qidalanması uşaqlarda
törəmələrin əmələ gəlməsinə təsir göstərə bilər.

Trend-in məlumatına görə, bunu Səhiyyə
Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının
şöbə müdiri Reyman İsmayılzadə deyib.

Onun sözlərinə görə, bəzən uşaqlarda ana bətnində olarkən şişlər
yaranır. Bunu ultrasəs müayinəsi zamanı görmək mümkündür.

“Bəzi onkoloji xəstəliklər ana bətnində olsa da körpə dünyaya
gələndən sonra öz-özünə spontan olaraq reqressiya edə, yəni geriyə
inkişaf edə bilər. Ana bətnində uşağa diaqnoz qoyulursa, yalnız
körpə doğulandan sonra tədbirlər görülür, yəni ana bətnində şişlər
götürülmür. Körpə doğulan kimi müayinə olunur, kimya terapiya və
cərrahi müalicə tətbiq olunur. Lakin şüa terapiya tətbiq edilmir”,
– deyə o əlavə edib.

Teqlər: