Uşaqlarda korset istifadəsi mütləq həkimin tövsiyəsi ilə
olmalıdır.
Trend– in məlumatına görə, bunu Səhiyyə
Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan
Aşirov deyib.
Onun sözlərinə görə, korset bütün hallarda müalicə metodu
deyil.
“İnsanlarda onurğada olan fizioloji əyrilik ya anadangəlmə, ya
da sonradan qazanılmış problem kimi özünü büruzə verir. Qız
uşaqlarında 8, 9, 10, oğlan uşaqlarında isə 10, 11, 12 yaşlarında
sümüklərdə böyümə getdiyi üçün əsasən bu yaşlarda əyilmələr
(skalioz, kifoz) yarana bilir”, – deyə o bildirib