Xəbər verdiyimiz kimi, Bakıda yerləşən “Mehnur” Reabilitasiya Mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, “Mehnur” Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir.
Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin açılışı 2018-ci ilin yanvar ayında baş tutub.
Məşhurlar açılış mərasimində iştirak efdib. Nuranə Hacızadə mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb. O, bir sıra televiziya kanalallarında çıxışlar da edib.
Əslən Naxçıvanlı olan Nuranə Hacızadənin anası yüksək vəzifədə çalışdığı deyilir.
Digər məlumata görə, hüquq-mühafizə orqanları Nuranə Hacızadəni saxlayıb.
Bu arada Reabilitasiya Mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən yeni görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik.