Uşaq evlərində yeni vəzifənin yaradılması təklif edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda uşaq evlərində “sosial işçi” ştat vahidinin
yaradılması təklif edilir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə
məruzəsində əksini tapıb.


Məruzədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il
13 iyul tarixli, 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq
evlərinin rəhbər işçilərinin, pedaqoji, inzibati-təsərrüfat,
tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi Ştatları”
cədvəlinə “sosial işçi” ştat vahidinin əlavə edilməsi təklif
edilir.

Teqlər: