Bağçalardan birində tərbiyəçinin azyaşlıya qarşı zorakılıq tətbiq etməsinə dair görüntülər yayılıb.
Trend xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bilidirb ki, sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.
Təhsil Nazirliyindən də məsələyə münasibət bildirilib.
Nazirliyi İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd edib ki, görüntülər Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılır.
“Nəticəylə bağlı ictimaiyyətə qısa zamanda məlumat veriləcək”, – Vəliyev qeyd edib.