Uşaq bağçalarında yeni vəzifələrin yaradılması təklif edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Körpələr evlərində və uşaq bağçalarında yeni vəzifələrin
yaradılması təklif edilir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə
məruzəsində əksini tapıb.

Belə ki, məruzədə körpələr evlərində və uşaq bağçalarında “uşaq
psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştat vahidlərinin
müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1996-cı il 29 may tarixli, 61 nömrəli “Büdcədən
maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi
ştatı haqqında” Qərarında müvafiq dəyişikliklərin edilməsi təklif
edilir.

Qeyd edək ki, məruzə Milli Məclisin martın 4-də keçiriləcək
iclasının gündəliyinə daxil edilib.

Teqlər: