ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Ermənistana səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi zamanı məlumat yayıb.
Səfər çərçivəsində hökumət, vətəndaş cəmiyyəti, media və biznes nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
“Birləşmiş Ştatlar Ermənistanın demokratiyasını, iqtisadi sabitliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə sadiqdir”, – məlumatda bildirilir.