USAID Azərbaycanda kənd təsərrüfatına investisiyaları davam etdirməyə hazırdır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda kənd təsərrüfatının inkişafına investisiyaları davam etdirməyə hazırdır.

Trend-in məlumatına görə, bunu missiyanın Azərbaycan üzrə direktoru Caydev Sinqh cümə günü “Qadınların Azərbaycanın kənd təsərrüfatında rolu” adlı konfrans zamanı deyib.

O bildirib ki, qadınların kənd təsərrüfatında iştirakı Azərbaycanda hüquq bərabərliyinin göstəricisidir: “Bu, həm də bu sahənin inkişafı üçün yeni imkanlar yaradır. USAID Azərbaycanın kənd təsərrüfatının inkişafına investisiyalar qoyur və bu investisiyaları, xüsusən də qadınların iştirakı etdiyi layihələrdə davam etdirməyə hazırdır”.


Qeyd edək ki, konfrans USAID tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə təşkil edilib.

(Tərcümə: Orxan Nəbiyev)