USAID Azərbaycanda ilk dəfə “Qadınların Milli Biznes Gündəliyi” platformasının yaradıldığını elan edib

Xəbər - Fidan Babayeva – Trend:

ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAID) Azərbaycanda ilk dəfə “Qadınların Milli Biznes Gündəliyi” platformasının yaradıldığını elan edib.

AzerTimes-ın məlumatına görə, bu platforma qadınların kommersiya sektorunda iştirakının genişləndirilməsi üçün innovativ tövsiyyələrə təqdim edəcək.

USAID-in Azərbaycandakı missiyasının direktoru Cey Sinqh bildirib ki, Azərbaycanın qadın sahibkarları və assosiasiyaları tərəfindən ölkə hökumətinin keçirdiyi iqtisadi islahatlara töhfə vermək üçün böyük maraq göstərilir:

“Bu cür təşəbbüslər sayəsində biz xüsuilə qadınlar üçün əlverişli işgüzar mühit yaradırıq, rəqabətin qarşısını alan inzibati maneələri azaldırıq”.


(Tərcümə: Orxan Nəbiyev)