Uşağın qoltuqaltında şiş varsa, bunun səbəbi nədir? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Əgər uşağa sol tərəfə vərəm əleyhinə peyvənd vurulandan sonra, sol qoltuqaltı şişibsə, bu, peyvəndlə əlaqəli prosesdir.

AzerTimes xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov nazirliyin “İnstagram” səhifəsində canlı yayımda deyib.

Ekspert bildirib ki, yenidoğulmuşlarda sol qoltuqaltında olan şiş buna işarədir.

“Yox, əgər şiş sağ və ya hər iki tərəfdədirsə, bu, iltihabi proses, yaxşıxassəli və pisxassəli xəstəliklər ola bilər. Bunu araşdırmaq lazımdır”, – deyə o qeyd edib.

Teqlər: