Xəbər - Çingiz Səfərli – Trend:
Uşaq doğulan kimi 30 dəqiqə ərzində ona ana südü verilməlidir.
AzerTimes xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib. O bildirib ki, doğumdan sonra 2 saat ərzində uşaqlar aktiv olurlar, bundan sonra onlarda yuxululuq dövrü başlayır: “Bu baxımdan, tam aktiv vaxtı ana südünün verilməsi önəmlidir. Uşağa verilən ilk süd onu bir çox infeksiyalardan qoruyur. Ana üçün faydası uşaqla duyğusal bağın yaranmasıdır. Digər tərəfdən bunun nəticəsində ananın südü artır və sürətlə sağalmasına təsir edir”.
Baş pediatr onu da qeyd edib ki, doğulandan 6 ay ərzində uşaq ana südü ilə qidalanmalıdır: “Bu müddətdə su da daxil olmaqla heç bir qida verilməməlidir. 6 aydan sonra müəyyən qidalar verilə bilər, lakin paralel olaraq ana südü də verilməlidir. Uşaq 2 yaşına qədər ana südü ilə qidalana bilər”.
Twitter:@cingizsafarli