Ursula fon der Leyen COP29-da iştirak etməyəcək

Ursula fon der Leyen COP29-da iştirak etməyəcək

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin iqlim sammitinə (COP29) gəlməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə AK-nin mətbuat xidməti məlumat yayıb.

“Avropa Komissiyası səlahiyyətlərin ötürülməsi vəziyyətindədir, ona görə də Avropa Komissiyasının rəhbəri öz institusional öhdəlikləri ilə məşğul olacaq”, – deyə bildirilib.

Teqlər: