Məşhur aparıcı İvan Urqant açıqlama verərək, əvvəllər başqa adı olduğunu deyib.
AzerTimes xəbər verir ki, bu barədə rus mediasında məlumat yayılıb.
Məlumata görə, Urqant Azərbaycanda “Abrau-Durso” şərab biznesinə həsr olunmuş tədbirdə aparıcı kimi çıxış edib:
“Atam “Abrau-Durso”nu sevir, amma dörd yaşıma qədər adım Ağdam olub. Atam məni yaranma səbəbim olan şəxsə görə belə adlandırıb”.
Fanatlar aparıcının zarafat etdiyini güman ediblər. Lakin o, hələlik açıqlamasına münasibət bildirməyib.