Güneyli gənclər Xoy şəhərində aksiya keçiriblər.
AzerTimes xəbər verir ki, “Yarpaq” Ekoloji Cəmiyyətinin üzvləri dünən Xoy şəhərində ekoloji problemləri əks etdirən etiraz bannerləri ilə şəhərə atılan tullantıları təmizləyiblər.
“Urmu gölü susuzdur!”; “Güney Azərbaycanın Urmu gölü ilə bağlı tələbi”; “Plastiklər qadağan edilsin!”; “Cənab Pezeşkian, ətraf mühit və mədəni irs üçün bir şey edin!”; “Uran mədəni ilə bağlı qərar verilməsi xalqın tələbidir!”, – Güneyli gənclər bu şüarları səsləndiriblər.