Urmiyada satıcılarla polis arasında qarşıdurma oldu

Urmiyada satıcılarla polis arasında qarşıdurma oldu

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində səyyar satıcılarla hökumət məmurları arasında qarşıdurma yaşanıb.

AzerTimes xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Bələdiyyə məmurlarının səyyar satıcıların mallarını müsadirə etməsindən sonra başlayan qarşıdurmanı yatırmaq üçün hadisə yerinə xüsusi təyinatlı qüvvələrin cəlb olunduğu bildirilir.

Xüsusi təyinatlılar etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə edib.

Onlarla səyyar satıcı həbs olunub.

Teqlər: