Urmiya şəhərində yaşayan mədəni fəal Əşkan Səadətmehr təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
AzerTimes xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.
Ə.Səadətmehrin sentyabrın 20-də saxlanıldığı, təcridxanada dindirildikdən sonra 26 sentyabrda Urmiya həbsxanasına köçürüldüyü qeyd olunub.
Bildirilib ki, fəalın ailəsi məsələnin ictimailəşdirilməməsi ilə bağlı təhdid edildiyi üçün onun həbs xəbəri gec yayılıb.
Ona qarşı irəli sürülən ittiham barədə məlumat verilməyib.