Azərbaycan Milli Hərəkatının Urmiya şəhərindəki fəalları avqustun 27-də Urmiyada küçə yürüşü keçirməyə dəvət edən gecə posterlərini geniş şəkildə paylamağa başlayıblar.
AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Güney Azərbaycanın siyasi təşkilatları Urmu gölünün İran hökuməti tərəfindən qəsdən qurudulmasına etiraz olaraq Azərbaycan millətinə avqustun 27-i saat yerli vaxtla 17:00-da etiraz aksiyası keçirməyə çağırış edib.