Yanvarın 31-i axşam saatlarında Urmiya şəhərinin “Şəhrdari” voleybol komandası Yəzdin “Çadorməluye Ərdəkan” komandası ilə qarşılaşıb.
AzerTimes xəbər verir ki, qarşılaşma Urmiya şəhərinin “Durnalar yuvası” (Qədir) idman kompleksində baş tutub.
İdman yarışını izləyən 6 min azərbaycanlı azarkeş “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” və ekoloji məsələlərlə bağlı şüarlar səsləndiriblər.
Qeyd edək ki, qarşılaşma Urmiya komandasının 3-1 hesablı qələbəsi ilə sona çatıb.
Bununla da 19 oyunda 10 qələbə qazanan Azərbaycan komandası turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.