Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində havanın çirkliliyi artıb.
AzerTimes xəbər verir ki, bu sözləri əyalətin Ətraf Mühit İdarəsinin nümayəndəsi Səid Musəvi jurnalistlərə açıqlamasında deyib.
O, hazırda havadakı çirklilik səviyyəsinin həssas yaş qrupları, həmçinin xəstə və yaşlı insanlar üçün təhlükə yarada biləcəyini vurğulayıb.