Urmiyada Azərbaycan dilində kitablar paylanıldı

Urmiyada Azərbaycan dilində kitablar paylanıldı

Urmiya şəhərinin mədəni fəalları 12 dekabr (21 Azər) hərəkatının və Milli Hökumətin qurulmasının ildönümü ilə bağlı mədəni tədbirlər keçirirlər.

AzerTimes xəbər verir ki, bu barədə sosial media kanallarında paylaşımlar edilib.

Tədbirlər çərçivəsində fəallar yüzlərlə uşağa Azərbaycan dilində “Qar adamı”, “Təmizlik”, “Çalışqan toyuq” və başqa bu kimi uşaq hekayələrindən ibarət kitablar veriblər.

Qeyd edək ki, hər il Güney Azərbaycanda Milli Hökumətin qurulmasının və 17 dekabr Azərbaycan dilində kitabların yandırılmasının ildönümündə güneyli uşaqlara Azərbaycan dilində kitablar paylanılır.

Teqlər: