Urmiya klubundan kürdlərin ərazi iddiasına – Cavab

Urmiya klubundan kürdlərin ərazi iddiasına – Cavab

Martın 5-i “Təxti” stadionunda “Nəvəd-Urmiya” milli futbol komandası “Petropalayeş Şazənd” komandası ilə matçdan öncə son parlament seçkilərinin Qərbi Azərbaycan əyaləti üzrə nəticələrinə reaksiya göstərib.

AzerTimes xəbər verir ki, bu haqda güneyli milli fəallar məlumat yayıb.

Məlumata görə, komandanın oyunçuları əllərində “Azərbaycanın ürəyi Urmiya” yazılı banner qaldıraraq, kürd millətinə mənsub ayrı-ayrı şəxslərin, təşkilatların və medianın ambisiyalarını pisləyiblər.

Bununla yanaşı, azarkeşlər də “Azərbaycan” şüarı səsləndiriblər.

Teqlər: