Urmiya gölünün su səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 sm azalıb.
AzerTimes xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin veb saytında dərc olunan son məlumatda bildirilir.
“Urmiya gölünün sahəsi ötən illə müqayisədə 1139,96 kvadrat kilometr azalaraq, 938,10 kvadrat kilometrə çatıb. Bu, uzunmüddətli orta göstəricidən 3729,58 kvadrat kilometr azdır. Göldə suyun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,41 milyard kubmetr, uzunmüddətli dövrdə isə 15.70 milyard kubmetr azalıb. Hazırda Urmiya gölünün 94 faizi quruyub”, – məlumatda deyilir.