Ekologiya və ətraf mühit üzrə mütəxəssis Mənsur Söhrabi bu il iyulun 5-də NASA tərəfindən çəkilmiş Urmiya gölünün fotosunu paylaşaraq, göl ətrafında nəhəng duz kütlələrinin əmələ gəldiyini yazıb.
AzerTimes xəbər verir ki, ekoloq bu barədə özünün sosial media hesabında paylaşım edib.
Söhrabi duz tozlarının külək nəticəsində yenidən ətrafa yayıldığını və ekoloji problemlərin dərinləşməsinə səbəb olduğunu qeyd edib.
Ekoloqun fikrincə, yayın başlaması və buxarlanmanın artması ilə Urmiya gölünün sahəsi və həcmi kəskin şəkildə azalır.