Güney azərbaycanlı sənətçi xanımın Urmiya gölünün qurumuş duzlu yatağında Azərbaycan milli rəqsini ifa etməsi sosial mediada böyük maraqla qarşılanıb.
AzerTimes xəbər verir ki, bu barədə Güney Azərbaycanın sosial media kanallarında paylaşımlar edilib.
Alim Qasımovun “Səni məndən alan yollar” mahnısı altında ifa olunan Azərbaycan rəqsi sosial media kanallarında minlərlə dəfə paylaşılıb.
Qeyd edək ki, dünyanın ikinci ən böyük duzlu gölü olan Urmiya gölünün 96 faizi quruyub.