Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?
AzerTimes Medicina.az-a istinadən bu bitkinin faydalarını təqdim edir:
– Berqamotun xoş qoxusu bədəndə aromaterapiya effekti yaradaraq stressi azaltmağa kömək edir;
– Çay şəklində istehlak edildikdə əsəbilik və gərginlik kimi mənfi emosional halları aradan qaldırır;
– Polifenollarla zəngin olduğu üçün antioksidant xüsusiyyətlərə malikdir;
– Orqanizmi toksinlərdən təmizləyir;
– İmmunitet sistemini dəstəkləyir;
– Ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsiri var. Damar tıxanmasının qarşısını alır;
– Güclü antioksidant təsiri ilə pis xolesterin səviyyəsini aşağı saldığı bilinir;
– Çay şəklində istehlak edildikdə, arıqlama prosesinə kömək edir;
– Tərkibində az miqdarda kofein olduğu üçün enerji verir;
– Dəri sağlamlığına faydalıdır. Antioksidant təsiri ilə bədəndən zərərli maddələri çıxararaq yaşlanma əleyhinə effekt verir;
– Həzm sistemini tənzimləyərək həzmsizlik və qəbizlik problemlərinə yaxşı təsir edir;
– Berqamot yağı hamam suyuna əlavə edildikdə qızdırmasalıcı təsir göstərir;
– Antiseptik xüsusiyyətləri sayəsində ağız yaralarının sağalmasına və ağız qoxusunun yox olmasına kömək edir;
– Masaj yağı olaraq istifadə edildikdə rahatlama təmin edir və stressdən yaranan ağrıları aradan qaldırır;
– Berqamot ürəyi qoruyur və qan təzyiqini tarazlaşdırır.