Rusiyanın ən bolsulu çaylarından olan Uralın Orenburq şəhərindən keçən hissəsində suyun səviyyəsi 11 metr 87 sm-ya çatıb.
AzerTimes xəbər verir ki, bu barədə “Ural56.ru” saytı məlumat yayıb.
Bildirilib ki, bununla da 1942-ci ilin rekordu qırılıb. Belə ki, həmin il çayda suyun səviyyəsi 11 metr 85 sm-ya qalxmışdı.
Məlumata görə, müşahidə tarixi boyunca mütləq rekord 1922-ci ildə qeydə alınıb. Həmin ildə Ural çayında su səviyyəsi düz 12 metr olub.