Uqanda qoruğunda brakonyerlər altı aslan öldürüblər

Uqandanın qərbində ən çox ziyarət edilən vəhşi təbiət qoruğu “Kraliça Elizaveta” Milli parkında brakonyerlər altı aslanı öldürüblər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Uqanda Vəhşi təbiət idarəsinin nümayəndəsi Bəşir Hangi bildirib.

“Şirlərin gizli dərman vasitələri bazarında yüksək tələbat olan bədən hissələrini çıxarmaq üçün aslanların zəhərləndirilərək cəsədlərinin kəsildiyinə dair bütün dılillər var”, – Bəşir Hangi deyib. Heyvanların zəhərlənməsi ilə bağlı verdiyi versiyanı əsaslandırmaq üçün mütəxəssis hadisə yerində leşlə qidalanan səkkiz ğlü quşun tapıldığını qeyd edib.

O qeyd edib ki, bənzər hadisələr Uqandanın təbiətinə və turist biznesinə ziyan gətirir: “Vəhşi heyvanların qanunsuz ovu ölkənin turizmdən əldə etdiyi gəlirə mənfi təsir göstərir”.

Teqlər: