Prezident Yoveri Museveninin 2021-ci ildə yenidən prezident seçilməsi üçün ölkə konstitusiyasında prezidentlərə tətbiq edilən yaş məhdudiyyətinin aradan qaldırılması məsələsi parlamentdə müzakirəyə çıxarılıb.
Deputatlar arasında yaranan fikir ayrılığı əlbəyaxa dava ilə nəticələnib. Parlament üzvləri əşyaları, stolları bir-birinə atıb və yumruq davasına çıxıblar. 25 deputat məcburi şəkildə binadan çıxarılıb, 2 nəfər isə xəstəxanalıq olub.
Qeyd edək ki, ölkədə prezident üçün 75 yaş limiti tətbiq edilir. 1980-ci illərdən bəri ölkəyə rəhbərlik edən Museveni isə 73 yaşındadır və növbəti seçkilərə qədər yaş limitini keçmiş olacaq. Parlamentdə hakim partiyanın nümayəndələri üstünlük təşkil etdiyi üçün səsverməyə çıxarılan qanun dəyişikliyi hadisəsi mütləq baş verir və bu da müxalif partiya nümayəndələrinin ciddi narazılığına səbəb olub.