Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bu həftə Kiyevə səfər edərək burada ukraynalı həmkarı Aleksey Reznikovla görüşüb.
AzerTimes xəbər verir ki, B.Uolles bu barədə Tvitter səhifəsində yazıb.
“Bu həftə Kiyevdə yaxşı dostum Aleksey Reznikovu ziyarət etməkdən məmnun oldum, burada Ukraynaya hərbi yardımın artırılmasını müzakirə etdik. Onların Rusiya təcavüzünə qarşı mübarizəsinə dəstəyimiz getdikcə güclənir və biz bunu 2023-cü ildə və ondan sonra da davam etdirəcəyik!” tvitdə deyilir.
Qeyd edək ki, hələlik nə Britaniya, nə də Ukrayna tərəfi Ben Uollesin Ukraynaya səfəri ilə bağlı məlumat verməyiblər. Onun Aleksey Reznikovla görüşünün təfərrüatları da məlum deyil.