Britaniyanın müdafiə naziri Ben Uolles Baş nazir Boris Consondan 2028-ci ilə qədər hərbi xərcləri və müdafiə büdcəsini artırmağı xahiş edib.
AzerTimes xəbər verir ki, bu barədə “Deyli Meyl” nəşri məlumat yayıb.
Uolles hərbi xərclər üçün ildə əlavə 10 milyard funt sterlinq (12,2 milyard dollar) istəyib.
Nəşrin məlumatına görə, Uolles baş nazirə müraciətində Böyük Britaniyanın müdafiə qabiliyyətinin nəzərəçarpacaq çatışmazlıqlarından, o cümlədən PUA-ların, pilot və nüvə sualtı qayıqlarında xidmət edəcək hərbçilərin çatışmazlığından bəhs edib.
Uolles və yeni baş qərargah rəisi Patrik Sandersin bu gün ölkənin Silahlı Qüvvələrinin gücləndirilməsinin zəruriliyi barədə çıxış edəcəkləri də gözlənilir.