Ünvanlı yardımın təyini zamanı niyə çox sayda sorğu göndərilir? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Ünvanlı sosial yardımın təyin olunması zamanı vətəndaşın və ailə üzvlərinin əmlakı, gəlirləri və s. barədə çoxlu sayda sorğuların verilməsinə aydınlıq gətirilib.

Trend xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Departamentinin müdiri Rasim Səfərov “Sosial saat” verilişində bildirib ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə verilir və bəzən maddi-məişət şəraitinin müayinəsi zamanı bunun üçün müraciət etmiş ailələrin sui-istifadə hallarına yol verdikləri ortaya çıxır.

“Bu, qanunvericiliyin pozulmasına gətirib çıxarır. Həmçinin belə bir hüquq Nazirlər Kabinetinin təsdiq etdiyi 37 nömrəli qərara da uyğundur. Həmin qərarda ailənin gəlirlərinin digər mənbələrdən və yerində araşdırılaraq yoxlanılması məsələsi öz əksini tapıb. Bizim əməkdaşlarımız da ailənin bəyan etdiyi gəlirlərin həqiqətən doğru olub olmamasını araşdırırlar.


Digər tərəfdən vətəndaşlar ünvanlı dövlət sosial yardımı üçün müraciət etdikdə yazdıqları ərizədə də qeyd olunur ki, təqdim etdikləri məlumatların sorğu yolu ilə yoxlanılması üçün ümumi razılıqları var. Bu, qanuna uyğun olaraq həyata keçirilir və labüddür. Belə olmadıqda, ünvanlı sosial yardımdan kənarda qalan ailələr olur. Bu da haqlı narazılıqlara gətirib çıxarır”, – R.Səfərov deyib.

Teqlər: